Harvard Rusiya, Çin və İranla əlaqələri haqqında hesabat verməlidir – Təhsil Nazirliyibackend

Harvard Rusiya, Çin və İranla əlaqələri haqqında hesabat verməlidir – Təhsil Nazirliyi

Amerika Birləşmiş Ştatlarının Təhsil Nazirliyi Harvard Universitetindən Rusiya, Çin, İran, Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələrlə mümkün əlaqələri barədə məlumat verməyi tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” nəşri yayıb.

Ağ Ev Universitetin “Skolkovo Fondu” və Kasperski Laboratoriyası, Huawei və ZTE şirkətləri və bir sıra digər strukturlarla mümkün əlaqələri haqqında məlumat əldə etmək istəyir.

Təhsil Nazirliyi hesab edir ki, Yelsk Universiteti  2014-cü ildən 2017-ci ilədək digər ölkələrdən təxminən 375 milyon dollar pulun alınması barədə səlahiyyətlilərə xəbərdarlıq etməyib.

Qeyd edək ki, ABŞ-da on illərdir ki, ölkədəki universitetlərin xarici təşkilatlardan ildə 250 min dollardan çox dəyərində hədiyyələr alması və ya böyük miqdarda onlarla bağlanan müqavilələr barədə hakimiyyət orqanlarına məlumat verməsi ilə bağlı bir qayda var.

Babək Göyüş

KONKRET.az

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*