“Haşd əş-Şabi” qüvvələri rəsmi olaraq İraq Silahlı Qüvvələrinin tərkibinə daxil edildibackend

"Haşd əş-Şabi" qüvvələri rəsmi olaraq İraq Silahlı Qüvvələrinin tərkibinə daxil edildi

İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyası “Haşd əş-Şabi” qruplaşmasının İraq Silahlı Qüvvələrinin rəsmi bir hissəsi elan edildiyini bəyan edib.

KONKRET.az xəbər verir ki, yeni qanuna əsasən, təşkilatın rəhbərinə nazir statusu verilib və o, Milli Təhlükəsizlik Şurasının üzvü olacaq.

Qeyd olunur ki, İran meylli bu silahlı birləşmənin dəstələri bundan sonra ölkənin Ali Baş Komandanının birbaşa tabeliyində fəaliyyət göstərəcək və İraq Müdafiə Nazirliyinin akademiyalarında onların zabitləri hazırlanacaq.

Yeni qanun çərçivəsində “Haşd əş-Şabi” qüvvələri digər hərbi strukturlardan maliyyə baxımından müstəqil olacaq, lakin İraq Silahlı Qüvvələri ilə bağlı qüvvədə olan qanunlar bu bölmələrə də şamil ediləcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*