Hava balonunda ölkəyə 5 kq qızıl keçirmək istədi- VİDEObackend

Hava balonunda ölkəyə 5 kq qızıl keçirmək istədi- VİDEO

Ölkəyə Türkiyədən qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən KONKRET.az-a verilən məlumata görə, əşyaların ölkəmizə yük daşıyan “Mercedes-Benz Actros” markalı nəqliyyat vasitəsində gətiriləcəyi müəyyənləşdirilib.

“Mazımçay” gömrük postu vasitəsilə ölkə ərazisinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb və sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında yerləşən hava balonunun içərisində şübhəli cizgilər müşahidə olunduğundan yük avtomobili ətraflı yoxlamaya cəlb olunub.

Bu zaman hava balonunun içərisindən müxtəlif rəngli falqalara bükülən, üzəri yapışqan lentlə sarınmış bağlamalarda 1400 ədəddən çox, ümumi çəkisi 5397 qram qızıl-zinət əşyaları aşkar olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*