Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar, yağış, küləkbackend

Hava ilə bağlı XƏBƏRDARLIQ - Qar, yağış, külək

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi barədə məlumat yayıb.

Xidmətdən KONKRET.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə qərb, şimal-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyə, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasilələrlə yağıntılı olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi yerlərdə qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyə, 28-də ayrı-ayrı yerlərdə arabir 28-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Dekabrın 28-i səhərdən 29-u səhərədək isə əsasən şimal və şərq rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*