Hava limanında şübhəli çanta: 4 insan kəlləsi AŞKARLANDI – FOTObackend

Hava limanında şübhəli çanta: 4 insan kəlləsi AŞKARLANDI - FOTO

Meksika hava limanının əməkdaşları bağlamada insan kəllələri tapıblar.

KONKRET.azREN TV”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Qvardiyası öz tviter hesabında məlumat yayıb.

Bildirilib ki, hadisə Queretaro şəhərinin hava limanında baş verib. Hava limanının əməkdaşları kuryer şirkəti tərəfindən göndərilən bağlamalara baxış keçirərkən orada kəllə sümükləri aşkarlayıblar. İnsan qalıqları plastik və folqa ilə bükülü olub.

Sümüklər hüquq-mühafizə orqanları tərəfindən götürülüb. Faktla bağlı araşdırma aparılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*