Havada HƏYƏCAN : Leyenin təyyarəsində problem yarandıbackend

Havada HƏYƏCAN : Leyenin təyyarəsində problem yarandı

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin təyyarəsi Bolqarıstanın Plovdiv hava limanına eniş edərkən GPS siqnalının kəsilməsi ilə üzləşib.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, siqnalın yoxa çıxması səbəbindən pilotlar məcburiyyət qarşısında qalaraq kağız xəritələrdən istifadə ediblər.

Hadisə “şübhəsiz müdaxilə” kimi qiymətləndirilib və şübhələrin Rusiyanın üzərinə yönəldiyi bildirilir.

Bolqarıstan aviasiya xidməti GPS itmə faktını təsdiqləyib və 2022-ci ildən etibarən belə halların artdığını açıqlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*