Həbib Nurməhəmmədov bu ölkədə öz akademiyasını açacaq – FOTObackend

Həbib Nurməhəmmədov bu ölkədə öz akademiyasını açacaq - FOTO

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, dünya şöhrətli idmançı, UFC turniri üzrə yüngül çəkili çempion Həbib Nurməhəmmədov Özbəkistanda öz döyüş sənətini tədris edən Təhsili Akademiyasını açmağı planlaşdırır. Bunu o, “Synergy Global Forum” adlı Beynəlxalq Təhsil Forumunda çıxış edəndən sonra jurnalistlərə açıqlamasında deyib.

İldırım Musayev

“Biz bu döyüş sənətini inkişaf etdirəcəyik, akademiyamızı açacağıq. Bununla əlaqədar olaraq, Özbəkistanda çoxlu dostumuz var, çox sayda azarkeş var. Dünyanın harasında olsam da, hər yerdə özbəklər gəlir, mənə öz dəstəyini göstərir”, – deyə idmançı vurğulayıb.

Döyüşçü əlavə edib ki, 2020-2021-ci illərdə Özbəkistan tarixində ilk dəfə UFC turnirinin keçirilməsi planlaşdırılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*