“Boks üzrə keçmiş mütləq dünya çempionu Məhəmməd Əli son 100 ildə planetin ən böyük idmançısıdır”.
KONKRET.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu UFC üzrə keçmiş çempion Həbib Nurməhəmmədov deyib.
“Təkcə rinqdəki nailiyyətlərinə görə deyil, həm də müdafiə etdiyi dəyərlərə, öyrətdiyi dərslərə, ilhamlandırdığı milyonlarla insana görə ən böyük idmançıdır. Nəsillər üçün əsl nümunədir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Məhəmməd Əli 2016-cı ildə 74 yaşında vəfat edib. Peşəkar karyerası ərzində 61 döyüş keçirib, 56-da (37-si nokautla) qalib gəlib və 5 dəfə məğlub olub.