Həbibin atası Abdulmanap Nurməhəmmədov yenidən komaya düşdü backend

Həbibin atası Abdulmanap Nurməhəmmədov yenidən komaya düşdü 

Mütləq Döyüş Çempionatının (UFC) dağıstanlı döyüşçüsü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov yenidən komaya düşüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Telegram telekanalı yayıb.

Aprelin 25-də Abdulmanap Nurməhəmmədov Maxaçqalada xəstəxanaya yerləşdirilib.

May ayının əvvəlində o, sətəlcəm diaqnozu ilə Moskvadakı xəstəxanalardan birinə aparılıb. Onun insultdan bir həftə sonra komada qaldığı deyilir.

Bir neçə gün əvvəl onun səhhəti yaxşılaşıb. Həkimlər məşqçinin sağlamlığında müsbət bir irəliləyişi qeyd ediblər.

Mayın 18-də isə yenidən onun vəziyyəti pisləşib.

Məşqçi hazırda süni nəfəs aparatına qoşulub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*