Həbiblə Ferqyusonun döyüşü tamaşaçısız keçəcəkbackend

Həbiblə Ferqyusonun döyüşü tamaşaçısız keçəcək

Rus döyüşçü Həbib Nurməhəmmədov və amerikalı Toni Ferqyuson arasındakı döyüş tamaşaçısız keçəcək.

KONKRET.az xəbər verir ki, informasiyanı “Yahoo! Sports” nəşri yayıb.

Bu barədə UFC-nin rəhbəri Dana Uayt məlumat verib.

Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbindən yarışa tamaşaçı gəlməyəcək.

“Bilirəm, döyüş harada baş verəcək. Ancaq hələ deməyə hazır deyiləm. Azarkeş olmayacaq. Bu, qapalı bir tədbirdir” deyib.

Daha əvvəl UFC başçısı Həbib və Ferqyusonun döyüşü üçün məkan tapdığını demişdi.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*