Həbs edilən azərbaycanlı müğənnidən xəbər varbackend

Həbs edilən azərbaycanlı müğənnidən xəbər var

Həbsdə olan müğənni Dəniz Əsədovanın apellyasiya şikayəti təmin edilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə Globalinfo.az-a vəkil Asim Abbasov məlumat verib.

Onun sözlərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda Binəqədi Rayon Məhkəməsinin 15.05.2025-ci il tarixli hökmündən müğənni Dəniz Əsədova və Asim Abbasovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib və yekun qərar qəbul edilib.

Məlumata görə, ifaçının apellyasiya şikayətindən fərqli olaraq, vəkilin verdiyi şikayət qismən təmin olunub.

Xatırladaq ki, müğənni Dəniz Əsədova barəsində Binəqədi Rayon Məhkəməsində 7 ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, vəkil Asim Abbasov və bir qrup şəxs tərəfindən məhkəməyə müraciət edilərək, Dəniz Əsədovanın sosial şəbəkələrdə yalan məlumat yaydığı və həmin şəxslərə böhtan atdığı iddia olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*