KONKRET.az-ın bəzi mənbələrdən əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi əvvəllər Nizaməddin Quliyevin rəhbərlik etdiyi Goranboy rayon İcra Hakimiyyətinin fəaliyyətində bir sıra qanun pozuntuları aşkar edib.
Həmin qanun pozuntuları sırasında xeyli maliyyə maxinasiyaları var. Bundan əlavə, rayon icra başçısı Goranboy şəhərində yolların təmirinə ayrılan vəsaiti mənimsəyib. Şəhərdə yalnız mərkəzi küçə təmir olunub, digər küçələr isə olduqca yararsız vəziyyətdədir.