Həbsdə olan “Ekstrasens Hikmət” qərardan narazıdırbackend

Həbsdə olan “Ekstrasens Hikmət” qərardan narazıdır

Bakıda özünü falçı kimi təqdim edərək vətəndaşın xeyli pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevin barəsindəki qərardan verilən kassasiya şikayəti verilib.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə Quba rayon Qam-qam kənd sakini olan falçı Mətləb Nemətullayev Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinib və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd: Məlumata görə, Nemətullayevin cinayətinin üstü xanım müştərisinə hədə-qorxu gəldikdən sonra açılıb.

İttihamda göstərilib ki, “İnstaqram”da “Baxıcı Ekstrasens Hikmət” adı ilə fəaliyyət göstərmiş təqsirləndirilən şəxs falçı xidməti üçün müraciət edən Mədinə Məmmədovanı (şərti) aldadıb. O, müştərilərinə özünü Hikmət adı ilə təqdim edib və əsl kimliyini gizlədib.

Mədinə ailəsində yaranmış problemin həll olunması, evindəki caduların təmizlənməsi, qardaşının ondan ayrılmaq üzrə olan həyat yoldaşının evə qayıtmasını və övladını abort etdirməməsi, anasının ölümcül xəstəliyə qalib gəlməsi və qardaşının əsəblərinin hər zaman sakit olması üçün Mətləbə ümumilikdə 7 min 790 manat pul verib. Təqsirləndirilən şəxs söz verib ki, zərərçəkmişin qeyd etdiyi bütün problemləri aradan qaldıracaq. Lakin bir müddət sonra müttəhimlə zərərçəkmişin arası pozulub. Mətləb cadugar kimi göstərdiyi xidmətə görə Mədinədən daha 2400 manat miqdarında pul tələb edib. Zərərçəkmiş şəxs pulu verməkdən imtina etdikdə isə Mətləb onu özü və yaxın qohumları haqda rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. Bundan əlavə, qisas almaq niyyəti ilə zərərçəkmişin qardaşının və onun qayınanasının şəkillərini sosial şəbəkəyə yerləşdirib.

Polisə müraciət daxil olandan sonra o, saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*