Həbsdə olan Əli Kərimli bu addımı atmağa hazırlaşırbackend

Həbsdə olan Əli Kərimli bu addımı atmağa hazırlaşır

Prezident Adminstrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin cinayət işi üzrə məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin vəkilləri apeliyasiya şikayəti verəcək.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında AXCP sədrinin müavini Seymur Həzi deyib.

O bildirib ki, apeliyasiya şikayətində Səbail Rayon Məhkəməsinin qərarının dəyişdirilməsini və həbs qətimkan tədbirinin ləğv olunması istəyəcəklər:

“Bu məsələdə lazımi bütün hüquqi prosedurlar həyata keçiriləcək. Əli bəylə bağlı məhkəmənin qərarı dünən verilib və biz apelliyasiya şikayətini bu gün hazırlayıb təqdim edəcəyik. Apelliyasiya müraciəti məhkəmə qərarının dəyişdirilməsi və həbs qətimkan tədbirinin ləğv olunması ilə bağlı olacaq”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*