Qazaxıstanın həbsdə olan ən varlı iş adamı Kayrat Satibaldının ölkədən qeyri-qanuni çıxarılmış 120 milyon dollar dövlət büdcəsinə qaytarılıb.
KONKRET.az xəbər verilir ki, bu barədə Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Yalnız bu ilin dekabrında Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində K.Satybaldyulinin ümumi məbləği 120 milyon ABŞ dolları məbləğində vəsaitin qaytarılması təmin edilib ki, bu da 55,4 milyard tengedən çoxdur. Bu vəsait dövlətə dəymiş ziyanın ödənilməsi üçün respublika büdcəsinə göndərilib”- deyə, məlumatda deyilir.
Aktivlərə təkcə pul deyil, həm də inzibati binalar, eksklüziv zinət əşyaları, dəbdəbəli evlər, mənzillər və avtomobillər, şirkətlərdəki səhmlər və paylar, dəmir yolu relsləri daxildir.
Kayrat, “Skyline Investment Company S.A” şirkəti vasitəsilə Qazaxıstan telekommunikasiya xidmətləri bazarında inhisarçının demək olar ki, dörddə birinə sahib idi.
Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində çalışıb, siyasət və bizneslə fəal məşğul olaraq ölkənin ən varlı adamlarından birinə çevrilib.
Kayrat Satıbaldı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin avtomobil qəzasında dünyasını dəyişən qardaşı Satibaldı Nazarbayevin oğludur.
Sonradan atasının adını soyadı kimi götürdü.
Respublikada o, Nazarbayev klanının maliyyə meneceri və radikalizmi ilə tanınan İslamın bir qolu sayılan sələfilərin himayədarı sayılıb.
2022-ci il martın 13-də iş adamı vəzifə səlahiyyətlərindən sui-istifadə və “Qazaktelekom”un vəsaitlərini oğurlamaqda şübhəli bilinərək Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti tərəfindən saxlanılıb.Vəli Həsənov,KONKRET.az