Həbsdəki vəkilin cəzası artırıla bilərbackend

Həbsdəki vəkilin cəzası artırıla bilər

Həbsdə olan məşhur vəkil Adəm Məmmədovun cəzası artırıla bilər. Böhtan və təhqir ittihamı ilə 6 ay azadlıqdan məhrum edilən Adəm Məmmədov başqa bir işlə əlaqədar dindirilir.

KONKRET.az gununsesiinfo-ya istinadən xəbər verir ki, bugünlərdə Bakı İstintaq Təcridxanasında Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Adəm Məmmədovdan ifadə alıb. Dindirmə vəkil barədə idarəyə vətəndaşların göndərdiyi şikayətlərlə bağlı olub.

Vəkil Adəm Məmmədov martın 5-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 6 ay azadlıqdan məhrum edilib.
Digər vəkil Ceyhun Yusifovun xüsusi ittiham qaydasında qaldırdığı şikayət əsasında o, Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib.

Onun qardaşı Xəyyam Məmmədov da eyni əməllərlə təqsirli bilinib, ona isə 6 ay müddətinə islah işləri cəzası verilib.

Adəm və Xəyyam Məmmədov qardaşları özlərini təqsirli bilmir, apellyasiya şikayəti veriblər.

Eyni zamanda, Ceyhun Yusifov da hökmdən şikayət verib. Lakin şikayət vermə müddətinin ötürülməsi ilə əlaqədar hələ də apellyasiya məhkəməsi baş tutmayıb.

Müddətlə bağlı məsələnin həlli üçün Ali Məhkəməyə müraciət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*