Həbsxanalarda 11 məhbus koronavirusdan öldübackend

Həbsxanalarda 11 məhbus koronavirusdan öldü

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistanda pandemiya başlayandan 98 məhbus sətəlcəm xəstəliyinə tutulub, onlardan 11 nəfər ölüb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bunu Tacikistanın ədliyyə naziri Müzəffər Aşuriyon deyib.

Mənbə bildirir ki, bəzi məhbusların yaxınları əvvəllər Ədliyyə Nazirliyinin ölkədə həbsxanalarda və istintaq təcridxanalarında koronavirusun olmaması ilə bağlı rəsmi açıqlamasını şübhə altına alıblar.

Vahid milli portal covid.tj-ə görə, Tacikistanda bu günədək 6595 nəfərdə koronavirus virusu qeydə alınıb, 55 nəfər ölüb.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*