“Heç bir güzəşt olmaycaq” – Zelenski Moskvaya meydan oxudubackend

“Heç bir güzəşt olmaycaq” – Zelenski Moskvaya meydan oxudu

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Moskvaya güzəştə getməyəcəyini bəyan edib.

KONKRET.az xəbər verir ki, Ukrayna lideri Almaniya Bundestaqında çıxışı zamanı deyib: “Güzəşt vaxtı keçdi. Ukrayna münaqişəsinə Kiyevin şərtləri ilə son qoymaq lazımdır”

Bundan əlavə, Zelenski Ukraynanı bərpa etmək üçün Rusiya aktivlərindən istifadə etməyə çağırıb.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Pekinin Rusiya tərəfinin iştirakı ilə sülh sammitinin keçirilməsi təklifini rədd etmişdi . Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün şərtləri yalnız Kiyev müəyyən etməlidir.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*