Həddindən artıq şəkər qəbulu qan damarlarına ziyandırbackend

Həddindən artıq şəkər qəbulu qan damarlarına ziyandır

Həddindən artıq şəkər qəbul etmək qan dövranına mənfi təsir göstərir və daxili orqan pozğunluqlarına səbəb olur.

KONKRET.az xəbər verir ki, bu nəticəyə Kopenhagen Universitetinin dietoloqları apardıqları araşdırmalardan sonra gəliblər. Tədqiqat iki həftə ardıcıl gündə 225 qram şəkər istehlak edən insanlar üzərində aparılıb. Təcrübənin əvvəlində və sonunda həkimlər könüllülərin əzalarına qan tədarükünü ölçüblər. Araşdırmalar sübut edib ki, qan tədarükü 17 faiz azalıb. Eyni zamanda, dietoloqlar hesab edirlər ki, beyin və ürək kimi mühüm daxili orqanlar da qan çatışmazlığından əziyyət çəkir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*