Həkim erməni müğənninin arvadını zorlamaq istədi – FOTO-VİDEObackend

Həkim erməni müğənninin arvadını zorlamaq istədi - FOTO-VİDEO

Ukraynalı müğənni Tonya Matviyenko etiraf edib ki, kiçik uşağı ilə həkimin qəbuluna gələndə kişi ona təcavüz etməyə çalışıb. Hadisə 21 il əvvəl Kiyevdəki bir xəstəxanada baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə məşhur İnstagramda müğənni Olya Polyakova ilə onlayn söhbət zamanı bildirib.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Оля Полякова (@polyakovamusic)

“Biz Ohmatdetə getdik, həkim yanıma gəldi, məni divara sıxdı və “Çox gəzibsən” dedi”. Matviyenko efirdə belə deyib.

Qəbula böyük qızı Ulyana ilə gedib. O vaxt Antoninanın 19 yaşı olub.

“1999-cu il idi, telefonlar yox idi, hamı bağa getmişdi, heç kimə zəng edə bilməzdim. Özü belə düşünüb ki, gənc şıltaq qızam, doğmuşam. Buna görə zorlamağa cəhd etdi”. 39 yaşlı müğənni bildirib.

O, əlavə edib ki, həkim ona “imtina etsən, uşağa problem yaradacağam” deyib.

İfaçı daha sonra həkimə anasının məşhur sənətkar olduğunu söyləyib. Bu isə onu zorlanmaqdan xilas edib.

Sənətçinin sözlərinə görə, daha sonra qayınanasına zəng edərək baş verənləri danışıb. Bundan sonra Antoninanın qardaşı gəlib və məsələni həll edib.

Matviyenko həkimin adını və soyadını çəkməyib.

“Həm ili, həm də gəldiyim günü xatırlayıram. Siz o həkimin orada işlədiyini öyrənə bilərsiniz. Bax, belə bir zədə aldım” deyib.

Xatırladaq ki, Matviyenko ilk uşağını 18 yaşında dünyaya gətirib. İndi o, müğənni Arsen Mirzoyanla evlidir. Onların dörd yaşı tamam olan Nina adlı ortaq bir qızı var.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*