Həkim kartofu günün altında saxlamağın zərərlərindən DANIŞDIbackend

Həkim kartofu günün altında saxlamağın zərərlərindən DANIŞDI

“Kartofun tərkibindəki zərərli maddələrin miqdarı Günəş şüalarının və müsbət dörd dərəcədən yuxarı saxlama temperaturunun təsiri altında bir neçə dəfə artır”.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bunu Gazeta.ru-ya Rusiya Biotexnoloji Universitetinin Baytarlıq-sanitariya ekspertizası və bioloji təhlükəsizlik kafedrasının dosenti Polina Kulaç deyib.

Onun sözlərinə görə, kartof işığa nə qədər çox məruz qalsa, zəhərin konsentrasiyası bir o qədər yüksək olur.

Mütəxəssis diqqətə çatdırıb ki, qaynama və qızartma toksinləri tam məhv edə bilməz, ona görə də təhlükə qalmaqdadır:

“Solanin maddəsi qana daxil olduqda, ürək-damar, sinir, tənəffüs və sidik sistemlərinə toksik təsir göstərir. Böyük miqdarda nəfəs darlığına, ümumi zəifliyə, başgicəllənməyə və baş ağrılarına səbəb ola bilər”.

Riskləri minimuma endirmək üçün həkim kartofu qaranlıq, sərin yerdə saxlamağı tövsiyə edir:

“Əgər kartof bir az yaşıllaşıbsa, qabığı olan yerləri və altındakı 1-2 sm lətli hissəni kəsmək lazımdır. Geniş yaşıllanmaya məruz qalmış kartof əkin üçün istifadə edilə bilər, lakin yemək üçün deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*