Həkim səhlənkarlığı: İynə vurdular, öldü — VİDEObackend

Həkim səhlənkarlığı: İynə vurdular, öldü — VİDEO

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yoxlamaq üçün antibiotik vurulan şəxs şoka düşərək ölüb.

KONKRET.az xəbər verir ki, Göyçay rayon sakini, 51 yaşlı Eldəniz Rəhimov səhhətində yaranan problemlə bağlı həyat yoldaşı ilə birlikdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bəzi müayinələrdən keçdikdən sonra ona antibiotik təyin edilib.

İddialara görə, test üçün vurulan dərman xəstəni şoka salıb.

Eldəniz Rəhimovun həyat yoldaşı Nurlana Rəhimova iddia edir ki, həkim Əminə İsmixanovaya xəstənin antibiotikə qarşı allergiyası olduğunu bildirib.

İddialarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, məsələ araşdırılacaq.

 

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*