“Uşağın açıq su hövzələrində çimməsi bir çox infeksiyaya yoluxma və hipotermiya ilə nəticələnə bilər”.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bunu Lenta.ru-ya Rusiya Dövlət Maarif Universitetinin Tibb fakültəsinin Uşaq Xəstəlikləri kafedrasının dosenti Aleksandr Batrakov deyib.
Həkim südəmər və ya məktəbəqədər yaşda olan uşağın su hövzəsində çimməsinin körpələrin sağlamlığı üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib:
“Bu yaşda immunitet sistemi hələ də inkişaf edir və tam qorunma təmin etmir, buna görə də açıq su hövzəsində üzməyi 2-3 yaşa qədər təxirə salmaq daha yaxşıdır”.
Batrakov vurğulayıb ki, südəmər uşaq rotavirus infeksiyası ilə yoluxa bilər:
“Ona görə də çimərliyə getməzdən əvvəl bir yaşa qədər uşaqları rotavirus infeksiyasına qarşı peyvənd etmək daha yaxşı olardı”.
Mütəxəssis əlavə edib ki, körpələr qumun dadına tez-tez baxdıqları üçün çimərlikdə onlara ciddi nəzarət edilməlidir. Həkim qeyd edib ki, qum tənəffüs yollarına daxil olduqda aspirasiya riski yaradır və boğulma ilə nəticələnə bilər.