Həkimə xəsarət yetirib polisə etiraf etdibackend

Həkimə xəsarət yetirib polisə etiraf etdi

Bu gün saat 12 radələrində Qəbələ şəhərində yerləşən xəstəxanada 18 yaşlı rayon sakini İbrahim Rəhimov kəsici alətlə orada çalışan həkim Y.Əsədovun qoluna xəsarət yetirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, hadisəni törətdikdən sonra ərazi polis orqanına gələrək əməlini etiraf edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*