Həkimin oğlu maşınla adam vurdu, başqa ölkəyə qaçırtdılar: Bloger ifşa etdi – FOTObackend

Həkimin oğlu maşınla adam vurdu, başqa ölkəyə qaçırtdılar: Bloger ifşa etdi - FOTO

Tanınmış sosial media fenomeni Danla Biliç gündəmdən düşməyən estetik cərrah Bülent Cihantimur barədə qalmaqallı açıqlama verib.

KONKRET.az milli-a istinadən xəbər verir ki, Biliç üç il əvvəl etdiyi baldır dolgusunun Bülent Cihantimur tərəfindən edildiyini bildirib. Onun sözlərinə görə həmin dolğu zamanla yer dəyişərək qabırğalarına qədər qalxıb və bu səbəbdən yenidən əməliyyat olunacaq. O, “Həkim məni bu barədə xəbərdar etmədi, hər şeyə imza atıb əməliyyata girdik. İndi başqa həkim məni yenidən əməliyyat edəcək. Əməliyyatınız varsa, təxirə salın, həyatınızı alt-üst bilər,” – deyə paylaşım edib.

Danla Biliç paylaşımında ilk dəfə həkiminin adını açıq şəkildə qeyd edərək “Əgər əməliyyat etdirməyi düşünürsünüzsə, ona etdirməyin deyə adını açıqladım,” sözlərini əlavə edib.

Xatırladaq ki, Bülent Cihantimurun oğlu Timur Cihantimur ötən il atasına məxsus Porsche markalı avtomobillə törətdiyi qəzada bir nəfərin ölümünə səbəb olmuş, hadisədən sonra anası tərəfindən Amerikaya qaçırılmışdı. Bu hadisə cəmiyyətdə ciddi narazılıq doğurmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*