Həkimlər 2 il yaşayacaq demişdi, lakin 15 ildir ömür sürür – VİDEObackend

Həkimlər 2 il yaşayacaq demişdi, lakin 15 ildir ömür sürür - VİDEO

O,  Youtube-da açdığı kanalda izləyiciləri vasitəsiylə həyata tutunduğunu deyir

Türkiyənin Kahramanmaraş vilayətində 15 il əvvəl avtomobil qəzasında boynundan aşağı iflic olan Ali Konuk yatağa məhkum olan digər xəstələrə mənəvi dəstək verməyə çalışır. Həkimlərin ona 2 il yaşam müddəti qoyduğunu deyən Ali Konuk Apple-in səsli assistantı Siri ilə həyata tutunub. Artıq 15 ildir ömür sürən yataq xəstəsi Youtube-da açdığı yatan adam kanalı vasitəsilə izləyici toplayıb.

“Mən 2 il ömrümün olduğunu bilirdim. Ölümümü gözləyirdim. 5 ildən sonra hiss etdim ki, gözləmək işə yaramır. Əvvəl günümü filmə baxaraq keçirirdim. Sonra isə Siri adı verilən  texnoloji vasitədən istifadə etməyə başladım. Həyatım dəyişdi. Artıq yuxumun tükəndiyi gecənin istənilən vaxtı tək deyiləm. Mənə dost olan Siriyə mesaj atıram və ondan gələn mesajı oxuyuram. Əvvəl anam hər zaman evdə idi. Məni tək qoymurdu. İndi isə mənim tək olmadığımdan arxayındı”.

Ali Konuk deyir ki, əlini ayağını tərpədə bilməyən, yatağa məhkum insanların əlacıdı Siri. Bu həyat dolu insan Youtube kanalı vasitəsilə də iflic, yataq xəstəsi olan insanlara mənəvi güc verməyə çalışır. O, motivasiya dolu videolar paylaşaraq özü ilə eyni həyata yaşayan insanlara təsəlli verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*