Həkimlər şampanın sağlamlığa təsiri barədə danışdılarbackend

Həkimlər şampanın sağlamlığa təsiri barədə danışdılar

Yeni il ərəfəsində bir stəkan şampan içmək insan sağlamlığına ciddi ziyan vurmayacaq, amma alkoqolun tamamilə təhlükəsiz dozası olmadığı üçün güclü alkoqoldan imtina etmək və hətta alkoqollu içkilərdən sui-istifadə etməmək daha yaxşıdır. KONKRET.az xəbər verir ki, həkimlər bu barədə Rusiya mətbuatına bildiriblər. “Bir dəfə qəbul edilən bir stəkan şampan içkisindən bədənə heç bir zərər dəyməz:

“Ancaq insanlar çox vaxt alkoqol qəbulunu bir stəkanla məhdudlaşdıra bilmirlər. Bayram ərəfəsində şampandan daha çox içməyə meyl sağlamlığa ciddi zərər vurar. Həddindən artıq şampan içkisi beyini kütləşdirir, gözlərin şişməsinə səbəb olur, iştahı azaldır. Şampan içkisi insanlarda yaddaş pozğunluğu da yaradır. Həkimlər tövsiyə edirlər ki, şampan içkisinə qarşı fərdi dözümsüzlüyü müəyyən etmək vacib şərtdir. Burada alkoqol dozası az olsa da, vaxtaşırı qəbul orqanizmə bir o qədər zərər verəcək. Həkimlər şampanın hansı həddə  zərərsiz olduğunu deyə bilmirlər. Ona görə də başlıca şərt kimi bu içkidən sui-istifadə etməməyi və ümumiyyətlə, sərt içkilərdən uzaq olmağı məsləhət görürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*