Həm yağış, həm 38 dərəcə isti – Hava çaşqınlığı davam edirbackend

Həm yağış, həm 38 dərəcə isti – Hava çaşqınlığı davam edir

İyulun 27-nə faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, iyulun 27-si saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 4, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaltan və Şahdağda 1 mm-dir.

Şərq küləyi əsib. Küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 17 m/s-dək güclənib.

İyulun 26-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*