Fələstin təşkilatı HƏMAS ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Brett Uitkoffun Qəzza ilə bağlı təklifinə cavab olaraq vasitəçilərə rəsmi mövqeyini təqdim edib.
KONKRET.az xəbər verir ki, məlumata görə, HƏMAS ilkin mərhələdə 10 israilli girovu azad etməyə və 18 nəfərin cəsədini qarşı tərəfə təhvil verməyə razılıq verib.
Razılaşmanın digər detallarının hazırda vasitəçilər vasitəsilə tərəflər arasında müzakirə olunduğu bildirilir.
Natiq Səlim,
KONKRET.az