İsrailin Müdafiə Ordusu (İMQ) HƏMAS-ın ümumi təhlükəsizlik aparatının rəhbərinin öldürüldüyünü bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“HƏMAS-ın ümumi təhlükəsizlik aparatının rəhbəri Mahmud əl-Əsvad Qəzza zolağının qərb bölgəsində öldürülüb”, – məlumatda qeyd olunub.
Mətbuat xidmətindən o da bildirilib ki, ordu HƏMAS-ın infrastruktur obyektlərini məhv etməyə davam edir.