HƏMAS qruplaşmasının nümayəndələri İsrail ordusunun generalı Nimrod Aloni ələ keçirdiklərini açıqlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilir ki, hazırda general Qəzza zolağındadır. Onun əsir götürüldüyünü əks etdirən fotoşəkil yayımlanıb.
Qeyd edək ki, Nəmrud Aloni bundan əvvəl Qəzza diviziyasına komandanlıq edib.