HƏMAS: Qəzza zolağında 154 fələstinli aclıqdan ölübbackend

HƏMAS: Qəzza zolağında 154 fələstinli aclıqdan ölüb

Ən azı 154 nəfər, o cümlədən 89 uşaq, son vaxtlar Fələstinin Qəzza zolağında aclıqdan ölüb.

KONKRET.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə HƏMAS hərəkatı “Telegram” kanalında bildirib.

“Bu günə qədər 154 fələstinli, o cümlədən 89 uşaq aclıqdan ölüb, yüzlərlə insan səhiyyə sisteminin, demək olar ki, tam çöküşü fonunda hər gün qida çatışmazlığından əziyyət çəkir”, – bəyanatda deyilir.

Məlumata əsasən, əraziyə ərzaq, dərman və uşaq qidalarının çatdırılmasının dayandırılması nəticəsində 40 min körpə və 60 min hamilə qadın əziyyət çəkir.

“Yardımların əksəriyyəti əvvəllər təxliyə edilmiş təhlükəli ərazilərə havadan atılır ki, bu da həmin təchizatları səmərəsiz edir və mülki şəxslərin həyatını təhlükə altına qoyur. Blokadanın aradan qaldırılması və nəzarət-buraxılış məntəqələrinin dərhal açılması Qəzzadakı fəlakəti sona çatdıra biləcək yeganə həldir”, – mətndə vurğulanır.

2 mart 2025-ci ildən etibarən Qəzza zolağına beynəlxalq humanitar yardım daxil olmur, İsrailin qərarı ilə bütün nəzarət-buraxılış məntəqələri bağlı qalır, ərzağın paylanması isə İsrail və ABŞ tərəfindən idarə olunan Qəzza Humanitar Yardım Fondunun məntəqələri sistemi vasitəsilə həyata keçirilir. 29 iyulda Qəzza Səhiyyə Nazirliyi bildirib ki, 2023-cü ilin oktyabrından bəri İsrailin hərbi əməliyyatı nəticəsində ərazidə ümumilikdə 60 034 nəfər həlak olub, daha 145 870 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*