“5 qurultayda seçildim. Sonuncuda 2 nəfər əleyhimə səs verdi. 4 qurultayda yekdilliliklə, beşincidə isə 2 nəfərin etirazı ilə seçilmişəm. Bir adam deyə bilməz ki, səs verənlərə kimsə təsir edib. Hamısı könüllü olub. Son qurultaya qədər qalmaq, istədiklərimi etmək istəyirdim. Sonuncuda dedim ki, növbətidə olmayacağam. Arada elə oldu ki, getmək istəyirdim. Etiraf edim ki, higgədən getmədim. Çünki mənə o qədər böhtan atdılar ki: Bu gün gedir, çıxartdılar, sabah gedir. Onların acığına dedim ki, heç kim məni çölə ata bilməz. Yaş o yaş deyil, 2 il var. Onda 89 yaşım olacaq. Gedim kənardan baxım görüm məndən sonra gələn necə işləyəcək. Özümü yaşlı adam hiss etmirəm”.
KONKRET.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq yazıçısı Anar “Astar” yutub layihəsində deyib. Azərbaycan Yazıçılar Birliyinin sədri 5 ildir seçilməsindən danışıb.
Səfərlərindən danışan yazıçı “Bir çox yerdə olmuşam. Bu yaxınlarda qızımla Yaponiyaya getdik. Bir arzum da Braziliyaya getməkdir. Gedəcəyəm” sözlərini deyib.
Anar Yazıçılar Birliyinin birinci mərtəbəsini kirayə vermələrinə aydınlıq gətirib:
“Oranı restoran kimi kirayə verirdim. Oradan gəlir gəlirdi. Həmin gəlirlə tərcümə mərkəzini saxlayırıq. Mərkəzi mən yaratdım. Müraciət etdim ki, Gürcüstanda belə bir şey var, bizdə də lazımdır. İcazə verdilər, yaratdım. Prezidentə müraciət etdim ki, buranı büdcəyə salmaq lazımdır, etdilər. Sonra Afaq Məsudu müavin təyin etdik. Sonra Afaq xanım Yazışılar Birliyi ilə çalışmaq istəmədi. Kimsə kömək etdi və onlar ayrıldı. Bizim aldığımız büdcə ilə getdilər. İndi deyirəm ki, həmin büdcəni bizə qaytarın, burada restoranı ləğv edək, görüşlər keçirdək. Orada restoran, çayxana olmasın: muzey, qiraətxana olsun. Birinci mərtəbəni restoran kimi kirayə veririk”.