Türkiyənin Kartalkaya dağ-xizək kurortunda 79 nəfərin ölümü ilə nəticələnən güclü yanğının baş verdiyi “Grand Kartal” hotelinin sökülməsinə qərar verilib.
Bildirilib ki, 1978-ci ildə tikilmiş 12 mərtəbəli hotelin sökülməsi ilə bağlı qərar Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin mütəxəssislərinin apardığı ekspertizanın nəticələrinə əsasən verilib. Onlar binanın əsas konstruksiyalarına ciddi ziyan dəydiyini müəyyən edərək, onun gələcəkdə istismarının mümkün olmadığı qənaətinə gəliblər.//Qafqazinfo