Xəbər verdiyimiz kimi, iyunun 5-i gecə saat 03:00 radələrində Qazaxda baş verən ağır yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb.
KONKRET.az Unikal.az-a istinadən xəbər verir ki, qəzada həyatını itirənlərdən biri – 2004-cü il təvəllüdlü Göyüş Fəxrəddin oğlu Nəbiyev şəhid Pərvin İsgəndərovun qardaşıdır.
Qeyd edək ki, P.İsgəndərov 2020-ci ilin Vətən müharibəsində oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.