Həmyerlimiz Londonda qalib oldubackend

Həmyerlimiz Londonda qalib oldu

Dekabrın 7-də Londonda “Aesthetics Awards” mükafatlandırma mərasimi keçirilib.

KONKRET.AZ xəbər verir ki, mərasimdə dünyanın 50-dən çox ölkəsindən dəvət olunmuş 700-dən çox estetik cərrah və əməliyyatsız estetika üzrə mütəxəssis 26 əsas kateqoriyada qazandıqları uğurları qeyd etmək üçün Park Plaza Westminster Bridge” otelinə toplanıb.

Orada baş ofisi Birləşmiş Krallıqda yerləşən nüfuzlu VMR Şirkətlər Qrupunun rəhbərliyi də təmsil olunub.

Beynəlxalq tədbirdə VMR Şirkətlər Qrupunun Azərbaycandakı nümayəndəliyi olan VMR Estetik Klinikalar şəbəkəsinin estetik mütəxəssisi Gülsüm Əliyeva əməliyyatsız estetika üzrə 2019-cu ilin mütəxəssisi seçilib.

Qeyd edək ki, Gülsüm Əliyeva ölkəmizin ən populyar estetik mütəxəssisidir. O, bir çox kosmetoloqların icra etdikləri prosedurların, xüsusilə də gənc xanımlara vurulmuş süni dolğuların uğursuz nəticələrinin bərpası ilə məşhurdur.

VMR Estetik Klinikası isə əməliyyatsız estetik prosedurlar üzrə ölkəmizdə yeganə ixtisaslaşmış klinikalar şəbəkəsidir. Bakıda, Gəncədə və Lənkəranda regional filialları mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*