Hər ay 345 manatı necə almaq olar və kimlər ala bilər? – İZAHbackend

Hər ay 345 manatı necə almaq olar və kimlər ala bilər? - İZAH

Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar müavinət formasında alacaq. Bu, Milli Məclisin dekabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli qanunda edilmiş dəyişikliyin nə olduğunu izah edib:

“Əvvəllər iki tip işçilərə işsizliklə bağlı sığorta verilirdi: biri ixtisara düşən və ya iş yeri bağlanan, ikincisi isə müddətli əmək müqaviləsi bitən.

İş yeri bağlanan işçilərə müraciətdən sonra 6 ay işsizlik sığortası verilirdi, bunun da şərtləri var idi. 6 ay ərzində onun orta aylıq əməkhaqqının 50 faizi işsizlik sığortası kimi ona verilirdi. 6 aydan sonra işsiz olarsa, yenə müraciət edirdi və bu zaman həmin şəxsə 3 ay müddətində minimum aylıq əməkhaqqı, yəni 345 manat sığorta ödənirdi.

Sığorta ala biləcək maksimal müddət 6 ay + 3 aydır. Sığorta alan şəxslər sığorta kimi maaşlarının yarısını alırdısa, uşaq sayına görə də əlavə faiz alırdılar, bir uşağa görə 5 faiz, 4 uşaq varsa, 20 faiz. Yəni əgər şəxsin işsizlik sığortası 500 manat idisə, onun 4 uşağı vardısa, əlavə 500 manat da ödənilirdi”.

Ekspert qeyd edib ki, dəyişikliyə əsasən, artıq əmək müqaviləsinin müddəti bitən şəxslər də qeydiyyata alındıqdan sonra uşaqlarının sayına görə əlavə faiz alacaqlar:

“İndi isə uşağa görə ödənən faizlər təkcə iş yeri ixtisara düşən və bağlananlara deyil, həm də əmək müqaviləsinin müddəti bitən şəxslərə də şamil olunacaq. Yəni müqavilə müddətin bitibsə, işsiz kimi qeydə alınmısansa, cəmi 3 ay ərzində minimum əməkhaqqına bərabər (345 manat) işsizlik sığortası ala biləcəksən.

Dəyişən odur ki, indi 345 manatdan əlavə, uşaqların sayına görə əlavə pul alanların siyahısına müqavilə müddəti bitən işçilər də daxil edilib. Bir uşağın varsa, 345 manatdan əlavə 5 faiz, 4 və daha çox uşağın varsa, 20 faiz pul hesablanacaq.

Dəyişən təkcə budur, digər müddəalar əvvəlki qaydada qalıb”.

Qeyd edək ki, bu müavinəti almaq üçün sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır. 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı müraciət edən vətəndaşa münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, sığorta ödənişi təyinatı üzrə qərar qəbul edir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.

  • Səma
    Dekabr 16, 2023 - 19:51

    Mən hec vaxt isləməmisəm ama hazirda məsgullugda isə gorə qeydiyyatdayam 3 azyasli usagim var mənə dusur

    • Ramazan
      Dekabr 17, 2023 - 07:20

      Qeydiyyatdan keç 5 günə xəbər gəlməsə işlə əlaqəli sənədlər ver düzələcək

  • Mirzəyev Xanəsgər
    Dekabr 17, 2023 - 06:42

    Mən piramida adlı şirkətdə is

  • Vüqar
    Dekabr 17, 2023 - 08:01

    Hamısı yalan şeylərdi.Kağız üzərində yazılanlardan başqa bir şey deyil.Hətta olsa belə həmin məşğulluq müəssələrinin müdirləri və əməkdaşlrı tərəfindən mənimsənilir.Misal;ünvanlı sosial yardım düzəltməyə çalış,gör müavinətin 6 ayını özlərinə götürməmiş düzəldəcəklərmi,əsla….

    • Natella Huseynova
      Dekabr 17, 2023 - 17:54

      O əvvəllər idi İndi hamısı elektrondur Ötür komp.arxasinda evdə,dannilarinı ver ,al.Əgər düşürsə.

    • Ilahe
      Dekabr 18, 2023 - 06:10

      Salam eleykum. Siz sosial yardim ucun asan xidmete muraciet edin. Her sey pulsuzdu. Orda sizi basa salacaqlar. Hec qepikde vermeyin rusvet kimi.

    • Elmira kerimova
      Aprel 24, 2024 - 23:42

      Salam elmira kerimova meşğuluq 345.azn göre müraciyet edirem

  • Zəminə
    Dekabr 17, 2023 - 08:52

    Bow boş daniwmayin ancaq ozunuzun qohumlari alar men yoruldum getmekden her defesinde bir bahene uydurdular meni ıssız kimi qeydiyyata salmadilar

  • Vúsal
    Dekabr 17, 2023 - 09:34

    1ildi iwlemirem emek muqavileme xitam verilib 68.2b bendiyle mewguluq 24ay staj olguna góre sugorta vermir 30ay olmalidi deyir

  • Vúsal
    Dekabr 17, 2023 - 09:36

    Emek muqavileme xitam verilib 68made 2bendiyle mewguluq sigorta vermir sebeb 24ay stajim az oldugu úçún 30yada 36staj olmalidi

  • Vusal
    Dekabr 17, 2023 - 09:50

    24ay stawim var mesguluq sigorta vermir30yada 36ay olmalidi deyir bes niye maraglanan yoxduki vetendaw neynen dolanir nece yawiyir

  • Könül
    Dekabr 17, 2023 - 13:46

    Məndə işlədiyim yerdə əmək müqaviləsinin bitdiyinə işdən cixarilidim müqaviləmi artirmadilar ama mənə 6 ay əvəzinə 3 ay 300 manat ödənildi mən bu sosialdan heç bir şey başa düşmürəm

  • Lale
    Yanvar 7, 2024 - 15:24

    Ne vaxt verecekler bunu

  • Yaqub
    Aprel 2, 2024 - 17:51

    Men ama islemirem isi yoxdur

  • Elmira kerimova
    Aprel 24, 2024 - 23:45

    Salam men işsizem 345.azn göre müraciyet edirem 20.yaşım var iş istiyirem

  • Aygun
    Avqust 5, 2024 - 23:09

    Salam men işsizem 345azn gore muraciet edirem

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*