“Təbii ki, Azərbaycan üçün Naxçıvanla yerüstü rabitənin bərpası vacibdir. İndiki halda Rusiya, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar çərçivəsində dəmir yolu ilə bağlı iki variant nəzərdən keçirilir.
Birincisi, cənub marşrutudur ki, bu, Azərbaycan üçün çox faydalıdır. Bu, Meğridən keçən ən qısa yoldur.
İkinci variant – şimal marşrutudur. Ermənistan tərəfi bunu israr edir. Çünki bu, Ermənistanın bütün ərazisindən keçir və bununla da bütün tranzit potensialından istifadə etmək imkanı yaradır.
Fikrimcə, ideal olaraq hər iki marşrutdan istifadə etmək yaxşı olardı. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəticəsində ölkələrin qarşılıqlı iqtisadi əlaqələr və onun çərçivəsində ortaya çıxan bütün pozitiv qərarlar ideal mənzərə yaradır. Yəni Azərbaycan, Ermənistan, Türkiyə arasında sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və s.
Ermənistanın hər iki ölkə ilə əlaqəsi yoxdur. İndi Ermənistan üçün vəziyyət kökündən dəyişə bilər. Münasibətlərin blokdan çıxarılması və normallaşdırılması senarisi ölkənin inkişafı üçün ciddi təkan olacaqdır”.
KONKRET.az xəbər verir ki, bunu RAS Post-Sovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin “Moskva-Baku”ya müsahibəsində deyib.
O, müsahibəsində vurğulayıb ki, “Əvvəllər hamı müharibəyə hazırlaşırdı və ÜDM-nin əhəmiyyətli bir hissəsi silahlanmaya, ordunun hazırlanmasına sərf edilirdi. İndi bununla zorla məşğul olmağa ehtiyac yoxdur. Sabah heç kimin hərbi proqramları dayandırmayacağı aydındır, bu milli maraqların və strategiyanın bir hissəsidir və hər halda döyüşə hazır silahlı qüvvələrə dəstək vermək lazımdır. Lakin sülh və mehriban qonşuluq şəraitində silahlanma prioritet olmayacaq. Və istər Ermənistan, istərsə də Azərbaycan silahlanmaya ayırdığı vəsaitinin əsaslı hissəsini iqtisadiyyata yönləndirəcək”.
“Çoxtərəfli iqtisadi əməkdaşlığın inkişafı baxımından Dağlıq Qarabağ nizamlanması bölgədəki bütün ölkələr üçün faydalıdır. Rusiya daxil olmaqla”, – deyə Pritçin fikrini tamamlayıb.
Lətif,
KONKRET.az