Uqandanın Lusaka şəhərində yaşayan 67 yaşlı fermer Musa Hasahyanın 12 nikahdan 102 övladı və 568 nəvəsi var.
KONKRET.az İHA–ya istinadən xəbər verir ki, uqandalı fermer bahalığa görə daha övlad istəmədiyini bildirib.
“İllər keçdikcə gəlirlərim azaldı və ailəm getdikcə böyüdü. Artıq övlad sahibi olmaq istəmirəm”, – o deyib.
Məlumata görə, Musa Hasahya ilk dəfə 1971-ci ildə 16 yaşında evlənib.
İqbal Rzayev,
KONKRET.az