Hər yaşlı insan bu sağlamlıq testlərindən mütləq keçməlidirbackend

Hər yaşlı insan bu sağlamlıq testlərindən mütləq keçməlidir

Rusiyalı nefroloq Danila Pırikov yaşlı insanlar üçün vacib sayılan tibbi analizlər barədə danışıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, o, bu barədə şəxsi YouTube kanalında çıxış edərək hər bir yaşlı insanın mütləq şəkildə bir neçə əsas analiz verməli olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə ilk növbədə lipid profili üzrə qan analizi vermək vacibdir. Çünki təkcə ümumi xolesterin səviyyəsini bilmək, ürək-damar risklərini düzgün qiymətləndirmək üçün kifayət etmir. Lipid profili daha geniş və ətraflı məlumat verir və infarkt və insult riskinin qiymətləndirilməsində mühüm rol oynayır.

Həkim həmçinin nəcisdə gizli qanın aşkarlanması testini də tövsiyə edib. Onun fikrincə, bu analiz yaşlı insanlarda yoğun bağırsaq (kolorektal) xərçəngi riskini vaxtında müəyyən etməyə imkan verir. Pırikov yaş artdıqca kolonoskopiyanın da müəyyən aralıqlarla aparılmasının önəmli olduğunu vurğulayıb.

Danila Pırikov əlavə edib ki, kişilər üçün prostat-spesifik antigen (PSA) testi xüsusilə vacibdir. Bu test prostat vəzi xərçənginin erkən mərhələdə aşkarlanmasına imkan verir. Qadınlara isə vaxtaşırı ginekoloji müayinələrdən keçmək və onkositologiya üzrə yaxma testi vermək tövsiyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*