“Hərbçilərin maaşlarının azaldılması ilə bağlı məsələ birbaşa dövlət rəhbərliyinin nəzarəti altındadır”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci-vitse prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.
O bildirib ki, Azərbaycan dövləti öz əsgərinin qayğısına qala biləcək bir dövlətdir:
“Ümid edirəm ki, bu məsələdə hər hansı çətinliklər varsa, onlar da tez bir zamanda aradan götürüləcək”./apa/