Azərbaycan Ordusunun hərbçisinin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə KONKRET.az-a Respublika Hərbi Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.