Hərbi hissələrdə valideynlərlə görüşlər qadağan edildi – RƏSMİbackend

Hərbi hissələrdə valideynlərlə görüşlər qadağan edildi - RƏSMİ

Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildirilib.

Şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər, ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilib.

“Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*