Azərbaycanlı kursant Türkiyədə vəfat etdi – YENİLƏNDİbackend

Azərbaycanlı kursant Türkiyədə vəfat etdi - YENİLƏNDİ

Azərbaycanlı hərbi kursant Elvin Quluzadə Türkiyədə xəstəxanaya yerləşdirilibmiş.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyada hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunan kursant Elvin Eldəniz oğlu Quluzadə müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyənin Ankara Universitetinin Tibb fakültəsinin xəstəxanasına yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq, fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyin məzunu vəfat edib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Heydər Əliyev adına Hərbi Liseyin məzunu, Rusiya Hərbi İnstitutunun kursantı Elvin Quluzadə uzun sürən qan xərçəngi xəstəliyi səbəbindən həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*