Hərbi xidmətə çağırış dayandırıldıbackend

Hərbi xidmətə çağırış dayandırıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanda hərbi xidmətə yaz çağırışı və bir il xidmət edən əsgərlərin tərxis edilməsi dayandırılıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda  informasiya və ictimai inkişaf naziri Dauren Abayev məlumat verib.

“Müdafiə Nazirliyi fövqəladə vəziyyət tətbiq edilməsi ilə əlaqədar olaraq 2019-cu ilin yazında hərbi xidmətə çağırışı və  əsgərlərin tərxis edilməsini dayandırıb”, –  Abayev brifinqdə belə deyib.

Qeyd edək ki, Qazaxıstanda 18-27 yaş arası 16 mindən çox gəncin hərbi xidmətə çağırılması planlaşdırılırdı.

Xatırladaq ki, koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejimi Qazaxıstanda martın 16-dan etibarən qüvvədədir. Ölkə ictimai asayişin qorunmasını gücləndirib, kütləvi tədbirlərə qadağa tətbiq edib və iri ticarət obyektlərinin işini məhdudlaşdırıb. Əyləncə mərkəzləri, kinoteatrlar, teatrlar, sərgilər və kütləvi izdihamlı digər obyektlər müvəqqəti bağlanıb. Qazaxıstan ərazisinə giriş-çıxışda məhdudiyyətlər var. Dövlət sərhədinin buraxılış məntəqələrində, dəmir yolu vağzallarında və hava limanlarında sanitariya-epidemioloji rejim gücləndirilib.

Hal-hazırda Almatı və Nur-Sultan karantindədir. Məhz bu iki şəhərdə koronavirus infeksiyası halları ilk dəfə qeydə alınıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*