Hərbi xidmətlə bağlı yaş həddinin artırılması nə ilə əlaqədardır? – AÇIQLAMAbackend

Hərbi xidmətlə bağlı yaş həddinin artırılması nə ilə əlaqədardır? - AÇIQLAMA

“Hərbi xidmətlə bağlı yaş həddinin artırılması məsələsi bu günə deyil, gələcəyə hesablanıb. Çünki yaşadığımız regionda gərginliklər qaçılmazdır. Azərbaycan dövləti gələcəkdə hansısa təhlükənin olacağını indidən gördüyü üçün belə addımlar atır”.

Bunu KONKRET.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Səxavət Məmməd bildirib. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə belə bir fikir formalaşmışdı ki, Azərbaycan Ordusu bundan sonra peşəkar ordu sisteminə keçməlidir. “Yəni çağırışçılar müxtəlif formalarda və adlarda formalaşmalıdır. Amma dövlətimiz bu istiqamətdə bir çox maraqlı addımlar atdı. Bunlardan biri də hərbi çağırışdan yayınma ilə bağlıdır. Misal üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində komissiyalar yaradıldı. Nəticədə saxta yollarla hərbi xidmətdən yayınma demək olar ki, mümkünsüz oldu. Hətta vaxtilə müxtəlif yollarla hərbi xidmətdən yayınanlar da hərbi xidmətə çağırıldılar”.

Ekspert zabitlərin hərbi xidmət müddətinin artırılmasına da diqqət çəkib. Bildirib ki, əvvəllər 20 il xidmət edən şəxs istənilən vaxt ordu sıralarından xaric ola bilərdisə, artıq bu müddət 25 ilə qaldırılıb. “Buna əsas səbəblərdən biri də kadr çatışmazlığı idi. Həmçinin, 20 il hərbi xidmətdə olanlara heç bir əlavə maddi təminat da yox idi. Buna görə də bir çox hərbçilər ordudan tərxis olmağa qərar verirdilər”. Səxavət Məmmədin qənaətinə görə, hərbi xidmətlə bağlı yaş həddinin artırılması məsələsi bu günə deyil, gələcəyə hesablanıb. “Çünki yaşadığımız regionda gərginliklər qaçılmazdır. Azərbaycan dövləti gələcəkdə hansısa təhlükənin olacağını indidən gördüyü üçün belə addımlar atır”.

Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, qanundakı bu dəyişiklik möhlət hüququ alan şəxslərin orduya cəlb olunmasına münbit şərait yaradacaq: “Digər tərəfdən, peşəkar xidmətdə olanların da xidmətdə son yaş həddi artırılıb. Bu qərar qəbul edilən günə qədər 17 illik xidməti olan heyətə aid edilmir. Lakin 17 ildən az xidməti olanlar daha uzun müddətdə – 25 il ərzində orduda xidmət edəcəklər. Bu isə onların pensiya təminatına 15 faiz əlavə maliyyə vəsaitinin hesablanması ilə nəticələnəcəkdir”.

Ekspertin fikrincə, istənilən halda qəbul edilən bu qərar Azərbaycan Ordusunun şəxsi heyətlə komplektləşdirilməsinə kifayət qədər müsbət təsir göstərəcək.

Bünyamin Bünyadzadə,

KONKRET.az

  • Ayxan
    Yanvar 5, 2024 - 08:11

    Birincisi 15 faiz onsuzda 20 ilden sora əlavə hər ilə 3 faize 5 ile 15 faiz edir yeni deyişen heçne yoxdu ikincisi menim 4 ilim qalırdı indi 9 il olacaq və nəticədə o dord ilide artirilan 5 ilide zay xidmet edecem peşəkarlıq falanda poxa donecey

  • Ayxan
    Yanvar 5, 2024 - 08:13

    15 faiz gozuze girsin onsuzda 5 il əlavə qalanda 15 faiz gəlirdidə evinde kişi olmayanlar bizi saxlayirki lazım olacağıq

  • Eşrəf
    Yanvar 5, 2024 - 21:00

    Vallah 2 muharbə gormuşəm birdəfə yarlanmisam necə isdəyə bilərik 48 yaşadək biz Bakida xidmət etmirik sizin kimi yadma duşmur e 31 dekabiri nə vaxt evdə balarimla qeyiq edim ancaq iz rahat yerdə otmusuz agliviza nə qərar gəldi versiz biz doyuşudu ev huqnu əlmizdən aldgniz oglanlar

  • Azer
    Yanvar 6, 2024 - 07:49

    Bu hecde düzgün qərar olmadı. Sora da bizden neyi teleb edecekler heves olmayandan sonra. maasda tulapayi verirsiz

  • məzahir
    Yanvar 6, 2024 - 08:53

    Allah bəlavızı versin 15 faiz girsin gözünüzə bu andıra qalmış qərarınızı bundan sonra xidmətə gələnlərə aid edində niyə bizim haqqımızı tapdalıyırsız 15 ildi xidmət edirəm raşotumu götürmüşəmki 20 il xidmətimdə 48 yaşım olacaq pensiya və ev almaq hüququ əldə edəcəm. amma sizin bu qərarınız məni bu imtiyazdan məhrum edir. indi mən neynəməliyəm ? 20 il xidmətdən sora gözdəməliyəm 65 yaşı ki pensiya alacam ? bəs ovaxta kimi nə ilə dolanacam Allah evinizi yıxsın siz olsaz mənim yerimə razi olarsız ?? 4-5 il xidməti bitirməyinə qalmış hərbi qulluqçunu əlavə 5 il də xidmətə məcbur etməy insan hüquqlarına ziddir başa düşürsüz bunu ? başa düşməzsiz çünki nə qozunuza bilirsizki hərbçinin hünəri nədirki şikayət edə canı çıxıb razı olacaq. şərəfsiz yıgını

  • Yunis Badalov
    Yanvar 6, 2024 - 10:32

    Bu axmağı kim ekspert teyin eleyib,sen ele ağıllısan teklif ireli sürerdin ki,herbiçiler 20 ili tamam olanda qaçmazdı ordudan.Öz alemlerinde hamı ağıllı çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*