Hərbi zavodda partlayış nəticəsində 9 nəfər həlak olubbackend

Hərbi zavodda partlayış nəticəsində 9 nəfər həlak olub

Bazar günü səhər Hindistanın Maharaştra əyalətinin mərkəzi bölgəsi Naqpurda hərbi zavodda baş vermiş partlayış nəticəsində azı 9 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, partlayış yerli vaxtla saat 08:30 radələrində “Solar Industries India” şirkətinə məxsus zavodda baş verib.

Zavod Hindistanın müdafiə sənayesi üçün partlayıcı maddələr, həmçinin yanacaq və döyüş başlıqları istehsal edir. Zavodun qablaşdırma şöbəsində baş verən partlayışın səbəbləri araşdırılır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*