Hərracda dollara tələbat azaldıbackend

Hərracda dollara tələbat azaldı

29 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

 

KONKRET.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 58,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 4% azdır. Belə ki, 24 avqustda keçirilən valyuta hərracında banklar 61.33 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*