“Holokostdan sonra bir gündə bu qədər yəhudi öldürülməyib”.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail prezidenti İsaak Hersoq bazar ertəsi beynəlxalq ictimaiyyətə müraciətində bildirib.
“Biz Holokostdan bəri yəhudi qadın və uşaqlarının, nənə və babalarının əsir götürülməsi səhnələrinin şahidi olmamışıq”, – o əlavə edib.
Hersoq həmçinin Həmas döyüşçülərini İŞİD-lə müqayisə edərək onları canavar adlandırıb.
“HƏMAS İŞİD-in vəhşiliyini təkrarladı, bayramlarda mülki insanların evlərini zəbt etdi və ailələri soyuqqanlılıqla qətlə yetirdi. Qəddarlıq. Qeyri-insanilik. Canavarların barbarlığı”, – deyə Hersoq bildirib.
Burhan,
KONKRET.az