“Qarabağ” 8 il sonra ÇL-in əsas mərhələsində!backend

“Qarabağ” 8 il sonra ÇL-in əsas mərhələsində! 

Bu gün Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan “Ferentsvaroş”unu Bakıda qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Oyunu FİFA referisi Kleman Tyurpen idarə edəcək.

Bu komandalar arasında ilk matçda “Qarabağ” 3:1 hesablı qələbə qazanmışdı.

“Qarabağ” “Ferentsvaroş”u 2 oyunun cəmində də məğlub edəcəyi təqdirdə tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək.

Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.

****

21:11

25-ci dəqiqədə “Qarabağ” hesabı bərabərləşdirir. Leandro Andrade adını tabloya yazdırır – 1:1.

———-
21:00

Qonaqlar 14-cü dəqiqədə Josepin vurduğu qolla hesabı açır.

——-
20:45

Matç başladı.

——–
19:48

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la “Ferensvaroş” (Macarıstan) arasında keçiriləcək cavab oyun üçün start heyətlər açıqlanıb.

Komandalar bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.

“Ferensvaroş”: 90. Deneş Dibuş, 3. Stefan Qartenmann, 28. Toon Raemaekers, 22. Qabor Salai, 25. Cebrail Makrekis, 64. Levi, 23. Bense Etvöş, 36. Qavriel Kaniçovski, 47. Kallum O’Douda, 75. Lenni Jozef, 19. Barnabaş Varqa.

Baş məşqçi: Robbi Kin.

Qeyd edək ki, komandalar arasında ilk matçda Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.

————
10:02

Bu axşam Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirəcək.

Milli.Az xəbər verir ki, “Köhlən atlar” Macarıstan “Ferentsvaroş”unu Bakıda qonaq qəbul edəcək.

Matç Bakı vaxtı ilə saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq. Komandalar arasında ilk qarşılaşma “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə nəticələnmişdi.

“Qarabağ” “Ferentsvaroş”  səddini şa bilsə, tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.

Xatırladaq ki, təmsilçimiz daha öncə 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.

Qeyd edək ki, Oyunu FİFA referisi Kleman Tyurpen idarə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*